Əli Nurdan TƏKZİB: “Mədəniyyət Nazirliyi bizə böyük qayğı göstərir”
    • 22-02-2023, 16:09
    • 296

Əli Nurdan TƏKZİB: “Mədəniyyət Nazirliyi bizə böyük qayğı göstərir”

Xalq artisti Ramiz Novruzun dəfn mərasimi zamanı aktyor Əli Nur İTV-ə müsahibə verərək,  mərhumun layiq olmadığı formada vida mərasiminin keçirildiyini deyib. Əli Nurun fikirləri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. 

News24.az xəbər verir ki, xalq artisti bu gün fikirlərinə aydınlıq gətirib.

O bildirib ki, Mədəniyyət Nazirliyinin dörd əməkdaşı vida mərasimində də, dəfn mərasimində də iştirak edib: “Azərbaycan Mədəniyyət Nazirliyi böyük diqqət və qayğı ilə Azərbaycan incəsənətinə kömək edir. Bu, tək teatra aid deyil, musiqiyə, rəssamlığa, ədəbiyyata da aiddir. İnsanları işığa, sivilizasiyaya aparan mədəniyyətdir”.

Əli Nur, həmçinin mədəniyyət naziri vəzifəsini hazırda icra edən nazirin birinci müavini Adil Kərimlinin təyinatından bir neçə gün sonra onunla ad günündə şəxsən telefonla danışdığını əlavə edib:

“Məni təbrik elədi, mən də ona minnətdarlığımı bildirdim. Son sözüm də bu oldu ki, Azərbaycan teatrı dövlətimizin səsidir, simasıdır, dövlətin bütün proqramını yerinə yetirən tribunadır”. /Qafqazinfo/