Slovakiyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var
    • 22-02-2023, 21:52
    • 182

Slovakiyada kiçik təyyarə qəzaya uğrayıb, ölənlər var

Slovakiyanın Trençin diyarında kiçik təyyarənin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub.

Bu barədə "Pravda" qəzeti təcili yardım xidmətinin əməliyyat mərkəzinin həkimi Martin Balkoya istinadən bildirib.

"İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, xəsarət alanların sayı məlum deyil", - deyə M.Balko qeyd edib.

Onun sözlərinə görə, hazırda hadisənin baş vermə şəraiti və səbəbləri müəyyənləşdirilir. /Trend/