"Mənə sataşanları rinqə çağırıram”
    • 23-02-2023, 14:13
    • 837

"Mənə sataşanları rinqə çağırıram”

“Ölkədən getməyimlə bağlı yayılan xəbərlər doğru deyil. Heç vaxt xaricdə yaşamamışam".

News24.az xəbər verir ki, bu sözləri sabiq deputat Ağacan Abıyev ölkədən getməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Sabiq deputat Azərbaycandan kənarda heç vaxt yaşamadığını vurğulayıb:

"Heç vaxt belə şey olmayıb və yayılan məlumatlar tamamilə yanlışdır. Deyəsən, bu yaşda mənə sataşırlar, həmin şəxsləri rinqə çağırıram. Buyursunlar, gəlsinlər. Tanımırlar məni?! Əlbəttə ki, xaricdə olmuşam. Olimpiya Oyunlarınıln baş hakimi olmuşam, beynəlxalq dərəcəli hakiməm, boksçu olmuşam. Bunlara görə məni tanıyırlar da. Xaricə yarışa gedirəm də. Utanmırlar, sataşırlar mənə. 85 yaşında kişiyə sataşırlar".

Qeyd edək ki, "Yeni Sabah" saytında bu gün yayılan məlumatda Ağacan Abıyev Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorluğundan çıxarıldıqdan sonra, yoxlamalar başlanıldığı dərc olunmuşdu. Həmçinin, həbs təhlükəsi ilə üzləşə biləcəyinə görə, onun Azərbaycanı tərk etməsi və bir il xaricdə yaşaması ilə bağlı məlumatlar yayılıb.//demokrat.az