"Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsinə baxılacaq" - Ağacan Abiyev AÇIQLADI
    • 26-09-2019, 19:26
    • 1 861

"Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsinə baxılacaq" - Ağacan Abiyev AÇIQLADI

“Yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək”.

News24.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.

O bildirib ki, İntizam Komissiyasının 9 üzvü var: “Həmin üzvlər bir araya gəldikdən sonra yaxın günlərdə İntizam Komissiyasının iclası keçiriləcək. Komissiyanın iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsi müzakirə olunacaq”.

Qeyd edək ki, Millət vəkili Rəfael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb.
R. Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.