Şou-biznesin dörduşaqlı ailələri – Fotolar
    • 29-01-2019, 18:45
    • 914

Şou-biznesin dörduşaqlı ailələri – Fotolar

50-60 il öncəyə diqqət yetirsək, Azərbaycanda çoxuşaqlı ailələrin daha çox olduğunu görərik. Ancaq vəziyyət illər ötdükcə, dəyişməyə başladı. Hazırda isə ümumilikdə ailələr 2 uşaqdan artıq övlad dünyaya gətirməməyə çalışsa da, çoxuşaqlı olmağa meyillilər də var.

Sözsüz ki, çoxuşaqlı ailə olmağa meyilli şou-biznes nümayəndələri var. Onların içərisində isə dörduşaqlı olanlar daha çoxdur.
 
Şou-biznesin dörduşaqlı məşhur ailələrini təqdim edirik:
Xalq artisti Mələkxanım Əyyubova dörduşaqlı analar siyahısındadır. Onun "polkovnik” həyat yoldaşından iki qız və iki oğlan övladı var.


 
Müğənni Elnarə Xəlilovanı da "21-ci əsrin qəhrəman anası” hesab etmək olar. Onun isə bir qız övladı, üç oğlan övladı var.


 
Rəqsanə İsmayılova isə dörduşaqlı analar siyahısına təzəcə qoşulub. O, üç qız, bir oğul anasıdır.


 
Çoxuşaqlı ana siyahısına xalq artisti Gülyanaq Məmmədova da daxildir. Sənətçi üç oğlan, bir qız anasıdır.


 
Şou-biznesin "qəhrəman ata”larından biri də müğənni Elçin Hüseynovdur. Onun ailəsində iki qız və iki oğlan böyüyür.


 
Əməkdar artist Fərqanə Qasımova isə fərqli avazı ilə Fatimə, Mövlanə, Həmidə və Salehə "lay-lay” deyib. O, həyat yoldaşından boşanıb.


 
Roza Zərgərli bioloji olaraq Bənövşənin anası olsa da, Corc, Jerard və Natavana da himayəlik və analıq edir.
 


//AxşamAz