İranda məktəbli qız baş örtüyünə görə qəddarcasına döyüldü - Video
    • 23-02-2023, 17:01
    • 216

İranda məktəbli qız baş örtüyünə görə qəddarcasına döyüldü - Video

İranda məktəbli qız baş örtüyünü düzgün bağlamaması bəhanəsi ilə bir qadın tərəfindən qəddarcasına döyülüb.

News24.az xəbər verir ki, bu barədə “Azad İran” kanalı məlumat yayıb.

Kadrlarda ağlayan balaca qızcığazın al-qan içində olduğu görünür.

Qeyd edək ki, molla rejimində yeddi yaşından yuxarı qızların hicab taxması vacibdir.