Turan “Space”dən getdi
    • 24-02-2023, 11:33
    • 324

Turan “Space”dən getdi

Aparıcı Turan İbrahimov “Space” telekanalı ilə yollarını ayırıb.

News24.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

İbrahimov qərarının səbəbini də açıqlayıb: “İki həftə əvvəl verdiyimiz qərardır. “Space” TV-dən gedirəm. Kanal yeni yayım formatına keçir, əsasən yumora üstünlük veriləcək və xəbər tərkibli verilişlərə ehtiyac qalmır. Mən isə tərkibi informasiya, xəbər olmayan verlişlə efirdə olmaq istəmirəm. Başda dostumuz Vado Korovin olmaqla, yeni komandaya uğurlar arzulayıram”.

Xatırladaq ki, fevralın 7-də “Space” TV-də rəhbər dəyişikliyi olub. Televiziyanın baş direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar telekanaldan ayrılıb. Onu “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin əvəz edib.