-
- 24-02-2023, 12:14
- 193
"Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır" - Deputat
"İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışa başlanılıb. Qayıdışdan sonra həmin ərazilərdə bələdiyyələrin yaradılması, formalaşdırılması və fəaliyyət göstərməsi vacib amillərdən biridir. Lakin, bələdiyyələrin cəmiyyətdə cari rolu və nüfuzu, statusu, səlahiyyətləri, o cür əziyyətlə bərpa edilən ərazilərdə fəaliyyət göstərməsinə heç uyğun gəlmir".
News24.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib. Deputat əlavə edib ki, bələdiyyə sistemində də hökmən fundamental, əsaslı və köklü islahatların aparılmasının əsl zamanıdır və məqamıdır:
"Bələdiyyələrin sayı birləşmə yolu ilə azaldılmalıdır. Rayonlarda bələdiyyələrin sayı olduqca çoxdur, məsələn Bakıda (53), Bərdədə (66), Şərurda (52), Goranboyda (47), Şəmkirdə (42), Ağcabədidə (41), böyük əksəriyyəti də zəif xırda kənd bələdiyyələridir. Ölkə üzrə sayı 1397 (87 faiz). Bələdiyyələrin maliyyə imkanları gücləndirilməlidir, mövcud səlahiyyətlərinin icrasında olan çətinliklər aradan qaldırılmalıdır (bələdiyyə xəritələrinin və mülkiyyət sənədlərinin verilməsi, özəl mülkiyyətdə olan ev və binaların sənədləşdirilməsi). Bələdiyyələrin maliyyə və iqtisadi potensialının gücləndirilməsi məqsədilə dövlət tərəfindən bələdiyyələrə ayrılan subvensiyalar xidmət yönümlü deyil, kommersiya və istehsalat layihələrinə ayrılmalıdır, real və dayanlıqlı gəlir gətirən bələdiyyə müəssisələri yaradılmalıdır (məruzədə göstərilir ki, 2022-ci ildə subvensiyalar əsasən sosial xidmət mərkəzlərinin tikintisinə, parkların, istirahət guşələrinin, nümunəvi məhəllələrin salınmasına və yenidən qurulmasına, avtomobil yollarının bərpası və tikintisinə ayrılıb)".
"Səlahiyyətlərin icrasında bələdiyyələrə sərbəstlik verilməlidir, lakin Konstitusiyaya əsasən (146 m., III h.) onların fəaliyyətinə dövlətin nəzarəti saxlanılmalıdır. Bələdiyyə qanunvericiliyinin vahid bir sənəddə əks olunması məqsədilə Bələdiyyə Məcəlləsi hazırlanıb qəbul olunmalıdır. Məcəllənin qəbulu bələdiyyələrin mövcud səlahiyyətlərinə yenidən baxılması, dəqiqləşdirilməsi və təkmilləşdirilməsi üçün geniş imkanlar yaradardı və Azərbaycanda yerli özünüidarəetmənin inkişafının yeni mərhələsini şərtləndirərdi. Ölkəmizdə yerli özünüidarəetmənin düzgün istiqamətdə inkişafının təmin edilməsi, bələdiyyələrə bir mərkəzdən zəruri qanunvericilik, institusional, təşkilatı və maddi dəstəyin göstərilməsi məqsədilə ayrıca dövlət qurumunun və ya publik hüquqi şəxsin yaradılması da məqsədəuyğun olardı".
"Bütün bu tədbirlər həyata keçirildikdən sonra ölkədə müstəqil, səmərəli, günün tələblərinə uyğun olan, iqtisadi və maliyyə potensialı güclü olan, vətəndaşlarımızın tələbatlarına və sosial sifarişlərinə cavab verən, əhali arasında nüfuza malik olan təkmil bələdiyyə sisteminin formalaşdırılmasından danışmaq olar", deyə deputat qeyd edib.