"Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz - Vüqar Bayramov
    • 24-02-2023, 13:40
    • 454

"Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz - Vüqar Bayramov

"Trendyol”dan sifarişlər heç bir halda qadağan edilə bilməz.

News24.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən məhsul sifariş edə bilər: " Qanunvericilik aylıq rüsumsuz sifariş məbləğini müəyyənləşdirir və heç bir halda vətəndaşın haradan məhsul sifariş etməsi qadağan edilmir. Hazırda rüsumsuz elektron sifariş üçün aylıq limit 300 dollardır. Bu isə o deməkdir ki, həmin limit çərçivəsində vətəndaş qanunla qadağan olunmayan satış şirkətlərindən, o cümlədən “Trendyol”dan mal sifariş edə bilərlər".

Ekspert əlavə edib ki, rəqabəti qadağalar ilə müdafiə etmək rasional yanaşma deyil: "Qadağalar heç bir halda güclü rəqabət yaratmır. Bu baxımdan, “Trendyol” daxil olmaqla digər beynəlxalq ticarət şəbəkələrindən sifarişlərə qadağaların müəyyənləşdirilməsi məqsədə uyğun deyil. Azərbaycan liberal iqtisadiyyata malik ölkədir və bu sahədəki islahatlar da davam etdiriləcək. İslahatlar isə qadağalara deyil, birbaşa iqtisadiyyatın daha da ağarmasına ünvanlanıb".