-
- 13-06-2022, 16:13
- 298
“Trendyol”a qarşı araşdırma başladı
Türkiyənin Rəqabət Təşkilatı tərəfindən "Trendyol" və "Dolap" şirkətlərinin sahibi DSM Grupa qarşı qanun pozuntusu etdiyinə görə araşdırma başlayıb.
News24.az CNNTürk-ə istinadən xəbər verir ki, ikinci əl məhsulların onlayn satışına vasitəçilik edən platforma xidmətləri bazarında fəaliyyət göstərən DSM Grup, “Dolap” platformasında istehlakçı məlumatlarını paylaşmaqda, satıcılar tərəfindən istifadə edilən məlumatların rəqib platformalara ötürülməsində və ikinci əl məhsulların onlayn satışına vasitəçilik edən platforma xidmətlərinin bazardakı istisna tətbiqlərinin, “Rəqabət müdafiəsi haqqında” qanunun pozulmasını iddia edilərək aparılan ibtidai araşdırma sona çatıb.
Rəqabət Şurası ilkin araşdırma zamanı əldə edilmiş məlumat, sənədlər və nəticələri müzakirə edərək aşkarlananları ciddi və yetərli hesab edib. Bununla da şirkət barədə istintaq başladıb.