Özbəkistandan Füzulidə tikilən məktəblə bağlı açıqlama
    • 24-02-2023, 15:29
    • 167

Özbəkistandan Füzulidə tikilən məktəblə bağlı açıqlama

Azərbaycanın Füzuli şəhərində Özbəkistan tərəfindən tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbərinin vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda danışıb.

Saidov həmçinin qeyd edib ki, bu təhsil ocağı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.