Tbilisidə Xocalı Soyqırımı ilə bağlı tanıtım aksiyası keçirilir - FOTO
    • 24-02-2023, 18:08
    • 160

Tbilisidə Xocalı Soyqırımı ilə bağlı tanıtım aksiyası keçirilir - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir.

News24.az xəbər verir ki, aksiya Gürcüstandakı "Azərbaycan Evi"nin, AZEBİ və Alyans Gənclər Mərkəzinin birgə təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil edilib.

Aksiya zamanı üzərində gürcü və ingilis dillərində "Xocalıya Ədalət" yazısının əks olunduğu 4 ədəd kiçik həcmli yük avtomobili Tbilisinin mərkəzi küçə və prospektləri olan Çavcavadze prospektindən başlayaraq, Rustaveli, Azadlıq meydanı, “Pekini”, “Kostava”, “Marcanişvili” metro-stansiyalarının qarşısında və Cereteli prospektlərində, eləcədə əhalinin və nəqliyyatın sıx olduğu digər küçə, prospekt və meydanlarda fevral ayının 28-i axşam saat 20:00-dək hərəkət edəcəklər.

Gürcüstandakı "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov jurnalistlərə müsahibəsində qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başladılan "Xocalıya Ədalət" təbliğat və təşviqat kampaniyasına 10 ildən artıqdır ki, bizdə qoşulmuşuq və bu illər ərzində XX əsrin ən böyük qətliamı olan Xocalı Soyqırımının tanıdılması və təbliği məqsədi ilə paytaxtda bu illər ərzində bir sıra tədbirlər, yürüş aksiyalar, buklet və broşurların paylanılması aksiyaları və konfranslar həyata keçirilib: “Bu ilki aksiyamız fərqli olaraq bütün paytaxtı əhatə etmək məqsədini daşıyır. Bu aksiya və tədbirlərin əsas məqsədi 31 il öncə erməni cinayətkarlarının xalqımıza qarşı törətdiyi amansız soyqırımı Gürcüstan ictimaiyyətinə, paytaxt sakinlərinə eləcədə paytaxtda qonaq olan digər əcnəbi millətlərə çatdırmaqdır”.//apa.az