Xocalı soyqırımı – 31 il
    • 24-02-2023, 18:37
    • 219

Xocalı soyqırımı – 31 il

2023-cü il fevralın 22-də saat 1100-da Azərbaycan Hərb Tarixi Muzeyində Xalqımıza qarşı törədilmiş XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımına həsr olunmuş “Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətinin bariz nümunəsidir” adlı anım tədbiri keçirilib.

News24.az xəbər verir ki, tədbirdə muzey rəisi e.o.polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Hacı Həsənovun, muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elşən Hüseynlinin və sədr müavini Rəvan Niyazovun məruzə və çıxışları dinlənilib. 

Xocalı soyqırımına həsr olunmuş “Xocalı nişanəsi” adlı sənədli film nümayişi olunub.