Bakıda məktəbdə şagird döyüldü, xəstəxanaya aparıldı
    • 24-02-2023, 21:09
    • 366

Bakıda məktəbdə şagird döyüldü, xəstəxanaya aparıldı

Bakıda, Dadaş Bünyadzadə küçəsində yerləşən 286 saylı orta məktəbdə şagird döyülüb.

News24.az xəbər verir ki, hadisə fevralın 22-də saat 11 radələrində baş verib. 

Həmin məktəbdə təhsil alan İsgəndər adlı şagird 2014-cü il təvəllüdlü digər şagird E.Əliyevi döyüb. E.Əliyev xəstəxanaya aparılıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra məktəbli evə buraxılıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.