-
- 25-02-2023, 01:23
- 275
BMT TŞ Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanıb
Rusiyanın Ukraynaya başlatdığı genişmiqyaslı müharibəsinin birinci il dönümündə BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyəti müzakirə etmək üçün toplanıb.
News24.az xəbər verir ki, Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qurulması” adlı sessiyada ABŞ dövlət katibi Entoni Blinken və üzv dövlətlər xarici işlər nazirləri iştirak edib.
BMT-nin Baş katibi Antoniu Quterreş çıxışında BMT Nizamnaməsindəki prinsiplərin sadəcə kağız üzərindəki sözlər olmadığını və bunların BMT-nin missiyasını təşkil etdiyinə diqqət çəkib:
“Bir il əvvəl mən təkidlə söylədim ki, Avropada bəşəriyyət üçün əsrin ən dəhşətli müharibəsi ola biləcək bu müharibə dayandırılmalıdır. Mən bunu bütün çıxışlarımda dedim, indi də təkrar edirəm. Müharibə dayndırılmalıdır və biz sülhə şans verməliyik”.
Rusiyanın Ukraynaya hücumunun açıq şəkildə BMT nizamnaməsi və beynəlxalq hüququn pozulması olduğunu vurğulayan A. Quterreş müharibənin ölüm və dağıntılara səbəb olduğunu vurğulayıb: “Ukraynadakı əsas infrastruktur obyektləri də hədəf alınıb. Rusiya qoşunları səhiyyə müəssisələrinə 700-dən çox hücum həyata keçirib. Həyat Ukrayna xalqı üçün cəhənnəmə çevrilib”.
Baş katib çıxışında Ukrayna xalqının təxminən 40 faizinin humanitar yardıma və müdafiəyə ehtiyacı olduğunu deyib.
TŞ-nin sessiyasında Rusiyanın hücumları nəticəsində Ukraynada həyatını itirənləri xatirəsi bir dəqiqəlik sükutla yad edilib.