Bakıda gənc oğlan 53 yaşlı qadını aldadıb 40 min pulunu ələ keçirdi
    • 25-02-2023, 11:50
    • 283

Bakıda gənc oğlan 53 yaşlı qadını aldadıb 40 min pulunu ələ keçirdi

Bakıda 53 yaşlı qadın tanışının ona qarşı 40 min manatlıq dələduzluq etdiyini bildirib.

News24.az-ın əldə etdiyi məlumata görə, prokurorluğa müraciət edən 1970-ci il təvəllüdlü H.Zeynalova tanışı, Bərdə rayon sakini, 1993-cü il təvəllüdlü İlkin Abbasovun onun 40 min manat pulunu ələ keçirdiyini bildirib.

Qadın qeyd edib ki, keçən ilin may ayında İlkin onu aldadaraq pulları alıb və daha sonra qaytarmaqdan imtina edib.

H.Zeynalovanın şikayəti aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə göndərilib. Araşdırmalar aparılır.

Taleh BAĞIROV