Mask üçün 1 trilyonluq kompensasiya paketi təsdiqləndi
Dünya
“Tesla” səhmdarları İlon Mask üçün yeni kompensasiya paketini təsdiqlədilər
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tesla” səhmdarları şirkətin baş icraçı direktoru İlon Mask üçün nəzərdə tutulan yeni kompensasiya paketini təsdiqləyiblər.
Məlumata görə, bu paket on il ərzində 1 trilyon dollara qədər mükafat imkanını nəzərdə tutur. Təklif şirkətin 75 faizdən çox səhmdarı tərəfindən dəsdəklənib.
“Tesla”nın idarə heyətinin sədri Robin Denholm bildirib ki, idarə heyəti Maskın yeni kompensasiya planını fəal şəkildə dəstəkləyib və bu addım onun növbəti on il ərzində şirkətin rəhbəri kimi qalmasını təmin edəcək.
Denholmun sözlərinə görə, əgər bu paket qəbul edilməsəydi, Mask şirkəti tərk edə bilərdi.