II Elizabetin dəfn mərasiminin vaxtı məlum oldu

II Elizabetin dəfn mərasiminin vaxtı məlum oldu Dünya
Kraliça II Elizabetin dəfn mərasiminin tarixi açıqlanıb.

Bu barədə Bukingem sarayı məlumat yayıb.

Məlumata görə, kraliçanın dəfni sentyabrın 19-da Vestminster abbatlığında keçiriləcək. Mərasim yerli vaxtla 10.00-da (Bakı vaxtilə 14.00-da) başlayacaq.

Sentyabrın 19-u qeyri-iş günü olacaq.
II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl Britaniya parlamenti binasının foyesində 4 gün nümayiş etdiriləcək və onunla vidalaşmaq imkanı yaradılacaq. /Bakupost/