1 milyard dollarlıq asma stadion tikilir - Video
Dünya
Səudiyyə Ərəbistanında təxminən 1 milyard dollara başa gələcək çoxfunksiyalı “NEOM Sky” stadionu təqdim edilib.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, stadion səhra üzərində 350 metr hündürlükdə asılmış vəziyyətdə olacaq və futuristik “The Line” meqapolisinə inteqrasiya ediləcək.
Bu stadion Krallığın FIFA 2034 Dünya Çempionatına ev sahibliyi etmək üçün təqdim etdiyi ərizənin əsas obyektlərindən biridir. Arena 46 min tamaşaçı tutumuna malik olacaq.
Tikintinin 2027-ci ildə başlanacağı, 2032-ci ilə qədər tamamlanacağı gözlənilir.
Dünya çempionatı oyunlarından əlavə, “NEOM Sky” stadionu ilboyu peşəkar futbol klubu oyunlarına, konsertlərə və böyük beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.