1 milyondan çox ixtisaslı xarici işçi işə götürüləcək
Dünya
Yaponiya hökuməti ixtisaslı işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə 2029-cu ilin mart ayına qədər ölkəyə ümumilikdə 1 milyon 231 min 900 xarici ixtisaslı işçinin cəlb edilməsini nəzərdə tutan plan layihəsini təqdim edib.
News24.az-ın məlumatına görə, plan iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə 19 müxtəlif sahə üzrə ümumilikdə 805 min 700 ixtisaslı işçinin Yaponiyaya gətirilməsi planlaşdırılır.
Bu mərhələdə əsas diqqət qida, sənaye istehsalı və texniki xidmət sahələrinə yönəldiləcək.
İkinci mərhələdə isə əsasən tikinti, sənaye istehsalı və qida sektorları daxil olmaqla 17 müxtəlif sahə üzrə 426 min 200 nəfərin qəbul edilməsi nəzərdə tutulur.