Əyləncə parkında faciə: 24 metrlik attraksiondan yıxılıb öldü - ANBAAN VİDEO

Əyləncə parkında faciə: 24 metrlik attraksiondan yıxılıb öldü - ANBAAN VİDEO Dünya

Meksikada əyləncə parkında faciə baş verib.

News24.az xəbər verir ki, 18 yaşlı Qabriela “Loop Fighter” adlı fırlanan attraksiona minib. Lakin təhlükəsizlik bərkidiciləri qızı saxlaya bilməyib və o, attraksiondan yıxılıb.

Gənc qız xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, faciədən dörd gün əvvəl yerli hakimiyyət orqanları yarmarkada quraşdırılmış attraksionları yoxlayıb və heç bir pozuntu və ya problem aşkar etməyib.

Attraksionun hündürlüyünün 24 metr olduğu qeyd edilib.