1 yaşlı övladının meyitini uşaq arabasında gəzdirən ana həsb edildi
Dünya
Dağıstanda bir yaşlı ölü körpəsini uşaq arabasında şəhərdə gəzdirən qadın saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə regionun ümumi yurisdiksiya məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.
Məhkəmə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 1-ci hissəsi (ehtiyatsızlıqdan adam öldürmə) ilə ittiham olunan qadın barəsində həbs qətimkan tədbiri seçib.
Təqsirləndirilən şəxs aprelin 20-nə qədər həbsdə qalacaq.
Qadın günahını boynuna almayıb. İstintaqın məlumatına görə, o, qapalı həyat tərzi sürüb, qohumlarının və sosial xidmətlərin yardımından imtina edib.
Hadisə Aqasiyev prospektində, "Şimal" (Severnıy) avtovağzalı yaxınlığında baş verib. Sənədlərin yoxlanılması zamanı polis əməkdaşları 40 yaşlı qadının gəzdirdiyi uşaq arabasında bir yaşlı qız uşağının meyitini aşkar ediblər.