12 finalçı "Eurovision" 2026-da iştirakdan imtina etdi

12 finalçı "Eurovision" 2026-da iştirakdan imtina etdi Dünya

Portuqaliyada "Festival da Canção 2026" üçün seçilən 16 finalçıdan 12-si yarışmada qalib gəlsələr beləŞ Eurovision 2026-da çıxış etməyəcəklərini açıqlayıblar.

News24.az xəbər verir ki, bunun səbəbi İsrailin müsabiqədə iştirakının davam etməsidir.

Sənətçilər dekabrın 10-da yaydıqları birgə bəyanatda Avropa Yayım Birliyinin İsraili yarışdan uzaqlaşdırmamasını tənqid edərək ictimai yayımçı RTP-yə mövqeyini dəyişmək üçün çağırış ediblər.

Qaydalara görə, gələn il Festivalda 16 mahnı təqdim olunacaq. Lakin onların 12-sinin "Eurovision"a getməkdən imtina etməsi Portuqaliyanın yarışmada iştirakı ilə bağlı qeyri-müəyyənlik yaradıb.