14 avtomobil toqquşdu - 9 yaralı var
Dünya
Avstriyanın Pettnau şəhəri yaxınlığında 14 avtomobilin toqquşduğu yol qəzası baş verib.
News24.az xəbər verir ki, bu barədə ORF məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılardan 8-nin vəziyyəti yüngül, bir nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara çatdırılıb.
Qəza səbəbindən yolda bir neçə kilometrlik tıxac yaranıb.