Aİ rusiyalı turistlərə viza qaydalarını sərtləşdirməyi təklif etdi

Aİ rusiyalı turistlərə viza qaydalarını sərtləşdirməyi təklif etdi Dünya

Avropa Komissiyası Rusiya vətəndaşlarına viza verilərkən hərbi xidmətlə bağlı əlavə yoxlamaların aparılmasını təklif edib.

News24.az xəbər verir ki, yeni tövsiyələrə əsasən, viza üçün müraciət edən rusiyalılardan hərbi bilet və hərbi xidmətləri barədə məlumat tələb oluna bilər.

Təklifdə 2022-ci il fevralın 24-dən sonra Rusiya Silahlı Qüvvələrində və ya onlarla əlaqəli silahlı qruplarda xidmət etmiş, döyüşlərdə iştirak etmiş şəxslərin daha ciddi yoxlanılması nəzərdə tutulur.

Avropa Komissiyası, həmçinin üzv ölkələrə biometrik məlumatları olmayan Rusiya pasportlarını tanımamağı tövsiyə edib.

Bundan əlavə, Şengen zonasına daxil olmaq istəyən Rusiya vətəndaşlarının sərhəddə daha ətraflı yoxlanılması təklif olunur.