14 il sonra albom buraxacaqlar
Dünya
Rusiyanın əfsanəvi "Ruki Vverx!" musiqi qrupu 14 il sonra yeni albom buraxacaq.
News24.az xəbər verir ki, bu barədə kollektivin rəhbəri Sergey Jukov açıqlama verib.
"Albomu kasset formasında çıxaracağıq. Bilmirəm ona harada qulaq asacaqsınız, amma bu sizi qaraja düşüb köhnə maqnitafonu çıxarmağa məcbur edəcək", – Jukov deyib.
Albomda ümumilikdə 15 mahnı yer alacaq. Müğənninin sözlərinə görə, 25-26 iyul tarixlərində planlaşdırılan konsertə qədər hər cümə günü yeni mahnı çıxacaq. (Lenta.ru)