14 mərtəbəli bina çökdü: - Dağıntı altında qalanlar var — VİDEO

14 mərtəbəli bina çökdü: - Dağıntı altında qalanlar var — VİDEO Dünya
Misirin İsgəndəriyyə vilayətində 14 mərtəbəli bina çöküb. 

News24.az xəbər verir ki, binanın çökməsi nəticəsində yüzlərlə insanın xəsarət alması ehtimal olunur.

Yerli medianın bildirdiyinə görə, binanın dağıntıları altında təkcə onun sakinləri deyil, birinci mərtəbədə yerləşən supermarketə gələnlər də qalıb.

Xilasedicilər dərhal hadisə yerinə gediblər və dağıntılar altında qalan insanların axtarışı başlayıb.