14 nəfər ildırımın qurbanı oldu - Çox sayda yaralı var

14 nəfər ildırımın qurbanı oldu - Çox sayda yaralı var Dünya

Banqladeşin Qaybandha, Takurqaon, Siracqanc, Camalpur, Pançaqarh, Boqura və Natore bölgələrində yağan güclü yağışlar çox sayda insanın ölümünə səbəb olub.

News24.az yerli KİV-lərə istinadən xəbər verir ki, yağışlar zamanı düşən ildırım nəticəsində 14 nəfər ölüb, çox sayda insan isə yaralanıb.

Meteorologiya rəsmiləri ölkənin bəzi bölgələrində yağışların daha bir neçə gün daha davam edəcəyini açıqlayıblar.