140 milyon təzminatla azadlığa çıxdı

140 milyon təzminatla azadlığa çıxdı Dünya

Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermak üçün girov məbləği tam şəkildə ödənilib.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi məlumat yayıb.

Məlumata görə, Yermak üçün nəzərdə tutulan 140 milyon qrivna (3,164 milyon dollardan çox) məbləğində girov tam ödənilib.

Qeyd edək ki, mayın 14-də Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Andrey Yermak barəsində 60 günlük həbs qərarı çıxarıb. Eyni zamanda 140 milyon qrivna məbləğində girov qarşılığında azadlığa çıxmaq imkanı verilib.

Ukraynanın Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun Yermakla bağlı araşdırması Prezident Volodimir Zelenskinin biznes tərəfdaşı Timur Mindiçlə bağlı aparılan “Midas” əməliyyatının davamı hesab olunur. /Politika stranı/