151 nəfərin öldüyü yanğınla bağlı 13 nəfər həbs edilib
Dünya
Honkonqda yaşayış kompleksindəki yanğınla bağlı aparılan istintaq çərçivəsində 13 nəfər həbs edilib. Rəsmilər bildiriblər ki, faciəyə səbəb olan əsas amillərdən biri binaların təmirində istifadə edilən standartlara uyğun olmayan materiallar olub. Yanğında azı 151 nəfər həyatını itirib.
News24.az xəbər verir ki, polis dəhşətli yanğından sonra tamamilə yanan yeddi binada axtarışları davam etdirir. Axtarışlar zamanı pilləkənlərdə və damlarda alovdan qaçmağa çalışan sakinlərin cəsədləri aşkarlanıb. Hələ də 40-dan çox insanın itkin düşdüyü bildirilir.
Məlumata görə, təmir zamanı binanın üzünə çəkilən yaşıl tor yanğına davamlılıq standartlarına uyğun olmayıb. Podratçıların istifadə etdiyi köpük izolasiya da alovların daha sürətlə yayılmasına səbəb olub və kompleksdəki yanğın siqnalizasiya sistemi düzgün işləməyib.