1800 ildən sonra nəhəng xəzinə üzə çıxdı: Hər bir əşya sərvət dəyərindədir
Dünya
Rumıniyanın qədim Histriya şəhərində aparılan arxeoloji qazıntılar zamanı nadir tapıntı aşkarlanıb.
News24.az xəbər verir ki, arxeoloqlar yanmış Roma evinin qalıqları arasından onlarla sikkə və qiymətli metal zərgərlik nümunələrindən ibarət böyük bir xəzinə tapıblar. Təxminən 1800 il ərzində toxunulmamış qalan xəzinə o qədər yaxşı qorunub ki, hətta saxlanıldığı taxta qutunun konturları belə yerində qalıb.
Rumıniya Milli Təbiət Tarixi Muzeyinin arxeoloqları bildiriblər ki, xəzinə Böyük Qapı və Böyük Qüllə kimi əsas arxitektura elementlərinin yaxınlığında, varlı bir Roma ailəsinə məxsus olduğu ehtimal edilən tikilinin uçmuş otaqlarından birində aşkar edilib.
Eyni sahədə kitabə parçaları, keramika qablar, eləcə də bürünc, dəmir, şüşə və daşdan hazırlanmış gündəlik məişət əşyaları da üzə çıxarılıb.