1949-cu ildən bəri Çində ilk dəfə baş verdi
Dünya
Çində doğum nisbətinin 2025-ci ildə mində 5,63-ə qədər azaldığı və bu səviyyənin 1949-cu ildən bəri ən aşağı göstərici olduğu bildirilib.
News24.az xəbər verir ki, Çinin Milli Statistika İdarəsinin (NSB) açıqlamasına görə, 2025-ci ildə ölkənin əhalisi 1.404.890.000 nəfər olub.
Bu, 2024-cü ildəki 1.408.280.000 nəfərlik göstəricidən azdır.
2025-ci ildə Çində 7,92 milyon körpə dünyaya gəlib ki, bu da 2024-cü ildə qeydə alınan 9,54 milyon körpə ilə müqayisədə 16,9% azalma deməkdir.