2 həkim bir tibb bacısına görə dalaşdı

2 həkim bir tibb bacısına görə dalaşdı Dünya

Usi xəstəxanasında 50 yaşlarında 2 həkim xəstəxanananı döyüş meydanına çevirib.

News24.az “Medicina”-ya istinadla xəbər verir ki, Çinin Çzyansu əyalətində 2 həkimi polis saxlayıb.

27 yaşlı gözəl tibb bacısına vurulan həkimlər onun sevgisini bölüşdürə bilməyib.

Belə ki, həkimlərdən biri tibb bacısına villa, digəri maşın alıb.

Onlar bir-birlərindən xəbərsiz tibb bacısına eşq elan ediblər. Məsələnin üstü açılanda isə mübahisə elə xəstəxanada əlbayaxa davaya çevrilib.

2 həkimin arasında seçim edə bilməyəm və hadisəyə görə biabır olan tibb bacısı isə xəstəxanadan ayrılıb, öz əyalətinə gedib.

Həkimlərdən biri stomatoloji şöbənin, digəri təcili yardım şöbəsinin rəhbərləridir.