20 milyard dollarlıq hava limanı batır: Nəhəng layihə təhlükədə

20 milyard dollarlıq hava limanı batır: Nəhəng layihə təhlükədə Dünya

Yaponiyada 20 milyard dollara süni ada üzərində inşa olunan hava limanı sürətlə çökməyə başlayıb.

News24.az-ın məlumatına görə, dünyanın ən böyük mühəndislik layihələrindən biri kimi təqdim edilən kompleks yenidən batma problemi ilə gündəmə düşüb.

Mütəxəssislərin fikrincə, hava limanının yerləşdiyi süni ada dəniz səviyyəsindən cəmi bir neçə metr yuxarıda olduğundan sabitliyini itirməyə başlayıb. Güclü beton konstruksiyaya baxmayaraq, təyyarələrin eniş-qalxış zamanı yaratdığı təzyiq illər ərzində dəniz dibindəki süni strukturun çökməsinə səbəb olur.

İnşaat zamanı bu risklər nəzərə alınsa da, real batma sürətinin gözləniləndən daha yüksək olduğu bildirilir. İndi isə mühəndislər nəhəng layihənin gələcəyi ilə bağlı yeni möhkəmləndirmə planları üzərində işləyirlər.