2050-ci ildə dünyanı bu ölkələr idarə edəcək: Yeganə müsəlman dövləti açıqlandı
Dünya
Beynəlxalq audit və konsaltinq şirkəti PwC tərəfindən yayımlanan “Dünya 2050” hesabatı qlobal iqtisadiyyatın gələcək istiqamətləri ilə bağlı diqqətçəkən proqnozlar təqdim edib.
News24.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2050-ci ilə qədər dünya iqtisadiyyatı iki dəfədən çox arta bilər və bu artım fonunda qlobal güc balansında ciddi dəyişikliklər baş verəcək.
Proqnozlara əsasən, Çin dünyanın ən böyük iqtisadiyyatına çevriləcək, Hindistan ikinci, ABŞ isə üçüncü pillədə qərarlaşacaq. İlk beşlikdə həmçinin İndoneziya və Braziliya yer alacaq.
Maraqlı məqam odur ki, İndoneziya ilk beşlikdə müsəlman əhalinin çoxluq təşkil etdiyi yeganə ölkə kimi diqqət çəkir. Hesabatda həmçinin Türkiyənin 11-ci pillədə qərarlaşacağı proqnozlaşdırılır.
Bundan əlavə, reytinqdə Rusiya, Meksika, Yaponiya, Almaniya və Birləşmiş Krallığın da ilk onluqda yer alacağı qeyd olunur.