23 məhbus həbsxanadan qaçdı - Bu ölkədə
Dünya
Meksikanın Xalisco ştatında həbsxanaya hücumdan sonra məhbusların kütləvi qaçışı baş verib.
News24.az xəbər verir ki, Puerto Vallarta şəhərində yerləşən regional cəzaçəkmə müəssisəsindən 23 məhbus qaçıb.
Hadisə silahlı qrupların həbsxanaya hücumundan sonra baş verib.
Silahlı şəxslər cəzaçəkmə müəssisinə atəş açıb, avtomobillə darvazanı sındıraraq əraziyə daxil olublar.
Məhbusların saxlanılması üçün müvafiq axtarış elanları artıq federal subyektlərə göndərilib.
Həbsxana əməkdaşları hücumu dəf edə biliblər. Hücum edənlərlə qarşıdurma zamanı penitensiar polis əməkdaşlarından biri həlak olub.
Hücumdan sonra müəssisə daxilində iğtişaşlar başlayıb. Onların qarşısını almaq üçün əlavə qüvvələr cəlb olunub və vəziyyət nəzarət altına alınıb.
Qeyd edək ki, bundan əvvəl Meksikada “Jalisco New Generation Cartel” liderinin zərərsizləşdirilməsindən sonra baş verən iğtişaşlar zamanı azı 26 nəfərin öldüyü bildirilib. Zorakılıq, talan və qarət halları ilə bağlı 27 nəfər də saxlanılıb. (Jalisco Noticias)