230 min toyuq məhv ediləcək - Virus yayılır

230 min toyuq məhv ediləcək - Virus yayılır Dünya

Yaponiyanın şimalındakı Aomori prefekturası ərazisində quş qripi virusunun yayılması ilə əlaqədar təxminən 230 min toyuğun məhv edilməsinə başlanılıb.

News24.az xəbər verir ki, infeksiyanın daha da yayılmasının qarşısını almaq üçün 32 quşçuluq təsərrüfatının ətrafında 10 km radiusunda karantin zonaları tətbiq edilib.

Hakimiyyət orqanları və mütəxəssislər ciddi iqtisadi nəticələrdən ehtiyat edirlər.

Xüsusilə, 2023-cü ildə oxşar yayılma Yaponiyada yumurta qiymətlərinin kəskin artmasına səbəb olub. Həmin vaxt qiymətlər 76 faiz bahalaşıb və Tokio şəhərində bəzi mağazalarda qıtlıq yaranıb. /Kyodo News./