“24 saata hər şey bəlli olacaq” – Tramp İranla bağlı danışdı
Dünya
İranda etirazlar zamanı ölənlərin dəqiq sayı məlum deyil. Yaxın 24 saat ərzində rəqəmlər açıqlanacaq.
News24.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu günə qədər heç kim mənə dəqiq rəqəm deyə bilməyib. İstənilən rəqəm çoxdur. Hətta bir nəfər də çoxdur. Yəqin ki, bunu 24 saat ərzində öyrənəcəyik. Məncə, bu rəqəm böyükdür”, – o bildirib.