Daha bir ölkədə etiraz aksiyaları başladı - Tələblər nədir?
Dünya
İndoneziyanın paytaxtı Cakarta da daxil olmaqla bir sıra şəhərlərdə genişmiqyaslı meşə yanğınları və qiymət artımı fonunda kütləvi tələbə etirazları başlayıb.
News24.az xəbər verir ki, nümayişlər Prezident Prabovo Subiantonun hakimiyyətə gəlməsinin ikinci ildönümünə təsadüf edib.
Etirazçıların digər tələbləri arasında korrupsiyaya qarşı mübarizə, təhsil xərclərinin azaldılması və vətəndaş azadlıqlarının qorunması da yer alıb.
Cakartada bir neçə universitetin tələbələri və ictimai təşkilatların nümayəndələri etiraz aksiyasına qoşulublar.
Yoqyakarta şəhərində isə nümayişçilər regional parlamentin binası qarşısına toplaşıblar. Burada aksiya iştirakçıları ilə polis arasında gərginlik yaranıb.
Məlumata görə, etirazlar fonunda İndoneziyanın hakimiyyət orqanları paytaxtda asayişi təmin etmək üçün 9 mindən çox polis əməkdaşı cəlb edib.