3 milyon insan işıqsız qaldı - Bu ölkədə
Dünya
Filippinin 12 regionunda “Fung-Vong” supertayfunu nəticəsində təxminən 3 milyon nəfər işıqsız qalıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü küləklər və daşqınlar elektrik xətlərini zədələyib, 20 enerji şirkəti elektrik təchizatının tam dayandırıldığını açıqlayıb.
Hazırda mütəxəssislər zədələnmiş infrastrukturun bərpası üzərində çalışırlar.
Tayfun noyabrın 9-da başlayıb, azı iki nəfər həlak olub, bir milyondan çox sakin təhlükəli ərazilərdən təxliyə edilib.