Putin hökumətin istefası ilə bağlı fərman imzaladı
    • 15-01-2020, 21:15
    • 1 082

Putin hökumətin istefası ilə bağlı fərman imzaladı

Rusiya Prezidenti Vladimir Putin hökumətin istefası haqqında fərman imzalayıb.
News24.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinə istinadən “RİA Novosti” məlumat yayıb. Fərmanda deyilir:
“Rusiya Federasiyasının Konstitusiyasının 83-cü maddəsinin “v” bəndinə və 117-ci maddənin ikinci hissəsinə uyğun olaraq qərar verirəm: Rusiya Federasiyası Hökumətinin istefası elan edilsin”.
Qeyd edilir ki, sənəd imzalandığı gündən - 15 yanvar 2020-ci il tarixindən qüvvəyə minir.
Müvəqqəti olaraq Baş Nazir vəzifəsinin icrası Dmitri Medvedevə tapşırılıb.