"3+3" formatında görüş nə zaman keçiriləcək? – Lavrov cavabladı
Dünya
Cənubi Qafqaz üzrə “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan və onların üç qonşusu – Rusiya, Türkiyə, İran) üçüncü görüş xarici işlər nazirləri səviyyəsində hazırda hazırlıq və keçirilmə yerinin seçilməsi mərhələsindədir.
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici iş"lər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində deyib.
“Artıq iki nazirlik görüşü keçirilib, indi üçüncüsü hazırlanır”, – o deyib.
Nazir əlavə edib ki, Gürcüstan hələlik iştirakdan çəkinir, lakin qapı onlar üçün açıqdır.