34 ildir su içə bilmir: Görün necə yaşayır
Dünya
Türkiyədə 34 ildir su içə bilməyən kişinin həyatı gündəmdədir.
News24.az xəbər verir ki, Türkiyədə 79 yaşlı Mustafa Akbıyık 1992-ci ildə evində kömür sobasından sızan dəm qazından zəhərləndikdən sonra 34 ildir su içə bilmir və suya qarşı dərin ikrah hissi keçirir.
Akbıyık açıqlamasında bildirib: “Kirayə evdə yaşayırdıq. Kömür tüstüsü evi bürümüşdü, qoxu vardı. O qoxuda yatmışam. Səhər qalxa bilmədik. Xəstəxanada iki gün komada qaldım”.
Komadan çıxdıqdan sonra su içməyə çalışdığını, lakin hər qurtumda iyrənərək dayandığını deyən Akbıyık yalnız çay və qazlı içkilər qəbul edə bilir:
“Bir qurtum su içirəm, amma özümü saxlaya bilmirəm. Dərman içmək üçün uşaqlarım əllərimi və ayaqlarımı tutur. Ankaranın bütün xəstəxanalarına getdim, hər yerə müraciət etdim. 1992-ci ildən bəri sudan və gülüşdən məhrumam”.
Yaşlı kişi probleminin həll olunmasını arzuladığını və həkimlərdən kömək istədiyini qeyd edib.