3,5 milyon litr qəhvə, 2 milyon energetik içki: “Epik qəzəb”in maraqlı STATİSTİKASI
Dünya
ABŞ-nin İranda həyata keçirdiyi “Epik qəzəb” əməliyyatının hərbi tərəfləri ilə yanaşı, logistik və məişət göstəriciləri barədə maraqlı rəqəmlər açıqlanıb.
News24.az xəbər verir ki, ABŞ Baş Qərargah rəisi general Den Keyn əməliyyat dövründə şəxsi heyətin təminatı və istehlak vərdişləri ilə bağlı statistik məlumatları paylaşıb.
Generalın sözlərinə görə, bu müddət ərzində ABŞ hərbçiləri təxminən 3,5 milyon litr qəhvə içib, 6 milyon porsiya yemək yeyib və 2 milyon energetik içki istehlak ediblər. Açıqlamada həmçinin hərbçilərin həddindən çox nikotin istifadə etdiyi də xüsusi vurğulanıb.