40 il əvvəl ləğv edilən plan yenidən işə salınır: “Əsrin Su Əməliyyatı” başlayır
Dünya
Rusiya Mərkəzi Asiya üzərində təsirini artırmaq məqsədilə illər əvvəl dayandırılmış irimiqyaslı layihəni yenidən gündəmə gətirib.
News24.az xəbər verir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına əsasən, Moskva Sibirdəki Ob çayının nəhəng su ehtiyatlarının Qazaxıstan və Özbəkistana yönləndirilməsini nəzərdə tutan “Əsrin su əməliyyatı” adlı infrastruktur planını aktivləşdirib.
Məlumata görə, bu təşəbbüs Rusiya Elmlər Akademiyası tərəfindən “su təminatının yaxşılaşdırılması” adı altında irəli sürülüb. Lakin Ukrayna kəşfiyyatı bildirib ki, layihə əslində Sovet İttifaqının 1986-cı ildə ekoloji fəlakət riski səbəbindən ləğv etdiyi məşhur “Sibir çayının istiqamətinin dəyişdirilməsi” planının müasir versiyasıdır.