“48 saat evdən çıxmayın” çağırışı edildi
Dünya
Britaniyada vətəndaşlara “48 saat evdən çıxmayın” çağırışı edilib.
News24.az xəbər verir ki, bu xəbərdarlıq sürətlə yayılan norovirus infeksiyası ilə bağlıdır.
Səhiyyə qurumları bildiriblər ki, qusma və ishal kimi simptomlar müşahidə olunan şəxslər tam sağalana qədər ən azı 48 saat evdə qalmalıdır. Virus çox yoluxucudur və xüsusilə qapalı məkanlarda sürətlə yayılır.
Mütəxəssislər vətəndaşlara gigiyena qaydalarına ciddi əməl etməyi, əlləri tez-tez sabunla yumağı və ümumi səthləri dezinfeksiya etməyi tövsiyə ediblər. Xüsusilə uşaqlar və yaşlılar üçün riskin daha yüksək olduğu vurğulanıb.