49, yoxsa 99 il: Paşinyan “Tramp marşrutu"ndan danışdı
Dünya
Ermənistan Sünikdən keçən “Tramp marşrutu”nun 49 və ya 99 illik icarəyə verilməsi ilə bağlı ABŞ ilə iki ssenarini müzakirə edir.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan İrəvanda keçirilən regional təhlükəsizlik konfransında bildirib.
Paşinyan bildirib ki, icarə müddəti investisiyalar və onların geri dönüşü ilə əlaqəlidir:
“İnvestor yatırdığı vəsaiti müəyyən gəlirlə birlikdə geri alacağına dair zəmanətə sahib olmalıdır”.
Baş nazir vurğulayıb ki, Ermənistan tərəfi bu müzakirələrdə siyasi komponent görmür, onlar sırf maliyyə-iqtisadi xarakter daşıyır.
İcarə müddəti yalnız investisiyaların nə qədər müddətdə özünü doğruldacağına bağlıdır.