5500 qoyun oğurlandı

5500 qoyun oğurlandı Dünya

Avstraliyanın Kvinslend ştatında naməlum şəxslər fermadan təxminən 5 500 qoyun oğurlayıb.

News24.az xəbər verir ki, heyvanların ümumi dəyərinin 1,7 milyon Avstraliya dollarından (təxminən 1,2 milyon ABŞ dolları) çox olduğu bildirilib.

Polisin məlumatına görə,Dorper cinsinə aid heyvanlar fevral-may ayları arasında Blekoll şəhəri yaxınlığındakı fermadan yoxa çıxıb. Onların hamısında Milli Heyvan İdentifikasiya Sisteminin ağ birkaları olub.

Polis əməkdaşı Pol Elliot bildirib ki, mal-qaranın oğurlanması fermerlərə ciddi maliyyə zərəri vurmaqla yanaşı, onsuz da çətin şəraitdə çalışan təsərrüfatlara əlavə yük yaradır.

Dorper qoyunları sürətli çəki artımı, yüksək məhsuldarlığı və dözümlülüyü ilə seçilən ətlik cinsdir.

Onlar quraq iqlimə yaxşı uyğunlaşır və yunlarını təbii şəkildə tökdükləri üçün müntəzəm qırxılmaya ehtiyac duymurlar.

Polis qeyd edib ki, mal-qara oğurluqlarının araşdırılması böyük məsafələr səbəbindən çətinləşir.

Bu səbəbdən hüquq-mühafizə orqanları fermerlər, heyvan bazarları, daşıyıcılar və digər sahə nümayəndələri ilə əməkdaşlıq edir.