5,8 bal gücündə zəlzələ oldu - Bu ölkədə

5,8 bal gücündə zəlzələ oldu - Bu ölkədə Dünya

Pakistanda 5,8 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, Pakistan Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanlar Gilgit-Baltistan, Peşavar və Xayber Paxtunxva əyalətlərində hiss olunub.

Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Hadisə nəticəsində ölənlər və ya maddi ziyan barədə məlumat verilməyib.