6 metrdən hündür qasırğa gözlənilir
Dünya
Saxalin sahillərində, Oxot dənizinin mərkəzi hissəsində sinoptiklər yanvarın 8-də qasırğalı küləklərin və dalğaların altı metrdən yuxarı olacağı proqnozlaşdırılır.
News24.az yerli mətbuata istinadən xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə nümayəndəliyi əhaliyə xəbərdarlıq edib.
Bəzi rayonlarda 33-38 metr/saniyə güclənən qasırğa küləyinin əsəcəyi bildirilir.
Yerli sakinlərdən kiçik qayıqlarla dənizə çıxmamaq xahiş olunur.
Ağa Dadaşzadə